25 Dekabr 2024, Çərşənbə

Babək rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin növbəti zona turu Kərimbəyli kənd tam orta məktəbində keçirilib.
Müsabiqə başlanmazdan əvvəl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız, ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib, Babək rayonunun ulu öndərimizin təşəbbüsü ilə yaradıldığını xatırladıb.
Məktəbin direktoru Məsim İsmayılov, Azərbaycan dili və ədəbiyyat müəllimləri Ulduz Əliyeva və İradə Hüseynova çıxışlarında Azərbaycan dövlətinin xilaskarı, qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq ölkəmizdə, o cümlədən muxtar respublikamızda təhsilə göstərilən qayğını ulu öndərin siyasi xəttinin davamı kimi dəyərləndiriblər.
Sonra müsabiqəyə start verilib.
Xatırladaq ki, müsabiqədə Kərimbəyli, Qaraqala və Məzrə kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər. Qaliblər may ayının 7-də keçiriləcək final mərhələsində iştirak edəcəklər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR