24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmməd­ov, Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev çıxış edərək intellektual oyunun keçirilməsində məqsədin Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən, yeniyetmələrin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıblar.
İntellektual oyunda 6 komanda iştirak edib. İki mərhələ və final mərhələsindən ibarət oyunun nəticələrinə əsasən, Sədərək rayon 2 nömrəli tam orta məktəbin “Qeyrət qalası” komandası birinci yerə layiq görülüb. İkinci yerə Sədərək rayon 1 nömrəli tam orta məktəbin “Sədərək”, üçüncü yerə isə həmin məktəbin “Ağ oğlan” komandaları layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR