Babək rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunun məqsədi Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmələrin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. İntellektual oyunda 8 komanda iştirak edib. Oyunun nəticələrinə görə, Qoşadizə kənd tam orta məktəbinin “İnci” komandası birinci yerə layiq görülüb. Digər iki pillədə isə Güznüt kənd tam orta məktəbinin “Nəqşi-cahan” və Kərimbəyli kənd tam orta məktəbinin “Ulduz” komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun Məmmədov