24 Dekabr 2024, Çərşənbə axşamı

Martın 15-də Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə ölkə üzrə keçirilən fənn olimpiadalarının Azərbaycan Respublikası mərhələsinin yarımfinal turu keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, 8 fənn üzrə keçirilən bilik olimpiadasının yarımfinal turunda IX-XI siniflər üzrə 316 şagird iştirak edib. Nəticələrin qiymətləndirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyində yaradılan komissiya tərəfindən aparılacaq. Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.
Məlumat üçün qeyd edək ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Muxtar respublikada təhsil sahəsində aparılan məqsədyönlü işlər nəticəsində məktəblərdə ayrı-ayrı fənlər üzrə olimpiadalarda iştiraka layiq şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir. Bu cür bilik olimpiadaları məktəblərin fəaliyyətinin əsas meyarlarından biri kimi dəyərləndirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR