Martın 11-də müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və onların əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində çalışan “gənclərin çağırışaqədərki hazırlığı” və “fiziki tərbiyə” fənlərini tədris edən müəllimlərin attestasiyası keçirilib. “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə 172, “fiziki tərbiyə” fənni üzrə isə 316 nəfər olmaqla imtahanda, ümumilikdə, muxtar respublika üzrə 488 müəllim iştirak edib. Qeyd edək ki, imtahanlar Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə, Şərur şəhər 2 nömrəli tam orta məktəbdə, Babək rayon Babək qəsəbə tam orta məktəbində, Culfa şəhər 3 nömrəli tam orta məktəbdə, Ordubad rayon internat məktəbində, Şahbuz rayon 1 nömrəli tam orta məktəbdə, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində və Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində keçirilib.
Dünən isə “coğrafiya” fənnindən attestasiya olub.
İki saat müddətində yazılı test formasında keçirilən attestasiyada müəllimlərə 80 sual (40 ixtisas, 25 metodika və kurikulum, 15 informasiya-kommunikasiya texnologiyalarından) təqdim olunub.
Qeyd edək ki, 1 mart 2015-ci il tarixdən bu günədək muxtar respublikada “Azərbaycan dili və ədəbiyyat”, “tarix”, “fizika”, “kimya” və “biologiya” fənləri üzrə də ixtisas müəllimlərinin attestasiya imtahanları keçirilib.
Xəbərlər şöbəsi