24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və humanitar inkişaf sahələrində əldə olunmuş nailiyyətlər dünyanın hər yerində maraq doğurmaqdadır. Bu həftə “Naxçıvan” Universitetinin əməkdaşları Zülfüqar Zülfüqarovun və iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun ABŞ-ın nüfuzlu SAPUB elmi nəşriyyatında çap olunan rüblük “Amerika Turizm Menecmenti” jurnalında dərc edilmiş “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında sosial turizmin resursları, planlaşdırılması və inkişafı” adlı elmi məqaləsi də bu baxımdan maraqla qarşılanmışdır. Elmi məqalədə Naxçıvan Muxtar Respublikasında sosial turizm istiqamətində görülmüş işlər təhlil olunmuş, Duzdağ Fizioterapiya Mərkəzində sosial cəhətdən həssas əhali qruplarının pulsuz müalicəsinin təşkilinin əhəmiyyəti göstərilmişdir. Elmi məqalədə Duzdağ Fizioterapiya Mərkəzində Azərbaycan vətəndaşları ilə yanaşı, gürcüstanlı aztəminatlı ailələrdən olan uşaqların da pulsuz müalicəsinin təşkili müasir dünyada sosial turizmin inkişafına xidmət edən elmi tələblər və mövcud sosial imperativlər baxımından tutarlı fakt olduğu sübut olunmuşdur. Məqalədə turizmin idarə edilməsi baxımından dərin humanitar motivlərlə zəngin olan belə addımların təkcə ölkədaxili turizm çərçivəsində deyil, eyni zamanda beynəlxalq turizm səviyyəsində də mümkün ola biləcəyi qənaətinə gəlinmiş, bu sahədə Naxçıvan Muxtar Respublikasında qazanılmış müsbət təcrübədən əldə olunmuş elmi nəticələr və gələcək perspektivlər təhlil edilmişdir.
Məqalənin ingiliscə mətni ilə http://journal.sapub.org/tourism internet saytında tanış olmaq mümkündür.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR