24 Dekabr 2024, Çərşənbə axşamı

Martın 4-də Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2014-cü ilin nəticələri və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları Naxçıvan Dövlət Universitetində videobağlantı vasitəsilə iclasın gedişini izləyiblər.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxış etdikdən sonra sözü AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə verib.
İsmayıl Hacıyev bildirib ki, hesabat ilində bölmədə Azərbaycan Respublikası Prezidentinin 19 fərman və sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 qərar və sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Nazirlər Kabinetinin 11 adda fərman və sərəncamları icra edilib. Ötən il AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin 15 iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə danışan akademik qeyd etdi ki, AMEA Rəyasət Heyəti tərəfindən 2014-cü il üçün təsdiq edilmiş plana uyğun olaraq, ötən il 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 32 elmi-tədqiqat işinin 92 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Planda nəzərdə tutulan 9 mərhələ qismən yerinə yetirilib, 83 mərhələdə tədqiqatların icrası tamamlanıb və 10 mühüm elmi nəticə əldə edilib. Tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 2 akademik, 6 müxbir üzv, 4 elmlər dоktоru, 47 fəlsəfə dоktоru, 8 doktorant, 2 dissertant, 14 elmi işçi оlmaqla, 83 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Ötən il Naxçıvan Muxtar Respublikasındakı ali təhsil ocaqlarında aparılan elmi-tədqiqat işləri barədə də məlumat verən İsmayıl Hacıyev nəzərə çatdırıb ki, 2014-cü ildə Naxçıvan Dövlət Universitetində elmi istiqamətlər üzrə 35 kafedrada və Regionun inkişafı problemləri elmi-tədqiqat laboratoriyasında 22 problem üzrə 262 əməkdaş 257 mövzuda elmi-tədqiqat aparıb. Hesabat ilində Naxçıvan Müəllimlər İnstitutunda 3 elmi-metodik istiqamət üzrə elmi-tədqiqat işləri yerinə yetirilib. Bütün istiqamətlər, problemlər və mövzular AMEA Elmi İnnovasiyalar Mərkəzində və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda qeydiyyata alınıb.
İclasda AMEA-nın fəaliyyətinə dair məsələlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR