24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetinin administrativ heyəti ECDL (European computer driving licence – Avropa kompüter hüququ) təlimlərində iştirak ediblər. Təlimlər interaktiv qaydada və fərdi yanaşma ilə praktik məşğələlərlə keçirilib.
İki həftə davam edən təlimlərdə ECDL tədris proqramının “Kompüterin əsasları” və “Onlayn biliklər” modulları tədris olunub.

Qeyd edək ki, Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı onu alan şəxsin informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, kompüterdən və əsas tətbiqi pro­qramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil. Başqa sözlə, bu sertifikatlaşma zamanı testlərə cavab vermək üçün istər Mikrosoft proqram məhsullarından (Windows 7, 8; Office 2007, 2010), istərsə də “açıq mətnli” – “open source” tətbiqi proqramlarından (Linux, Open/Star Office) istifadə etmək olar.
ECDL sertifikatlaşması test mərkəzlərində aparılır. Bu test mərkəzlərindən biri də “Naxçıvan” Universitetində yerləşir. Universitet 2012-ci ildən TEMPUS proqramı çərçivəsində ENOTES-ECDL Azərbaycan Milli Təlim və Test Mərkəzləri layihəsində tərəfdaş universitet statusu alıb. Layihə çərçivəsində universitetin müəllim və tələbələrinin pulsuz ECDL təlimlərində iştirakı nəzərdə tutulub.
Test mərkəzləri test imtahanlarını keçirərək beynəlxalq sertifikatlar vermək səlahiyyətinə malikdir. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul zamanı ECDL sertifikatının olması məcburidir. Beynəlxalq qurumlar da ECDL sertifikatlarına xüsusi əhəmiyyət verirlər.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR