15 Sentyabr 2024, Bazar

“ Naxçıvan” Universitetində, “Uğura doğru” layihəsi çərçivəsində “Motivasiya Forumu – 2021” adlı forum keçirilib. Forumda motivator olaraq Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri, “Cahan” Holdinq KŞİ-nin prezidenti Vüqar Abbasov iştirak edib. Forumun keçirilməsində əsas məqsəd gənclərə yaradılan şəraitdən və onlara verilən imkanlardan düzgün faydalanaraq öz bacarıq və qabiliyyətlərini inkişaf etdirmək, biznes sahəsində hədəfləri düzgün seçmək və bütün şəraitdə uğurlu nəticələr əldə etməyin yollarını aşılamaqdır.

Tədbiri giriş sözü ilə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva açıb. O qeyd edib ki, bu gün muxtar respublikamızda gənclər üçün yaradılan hərtərəfli şərait onların bütün sahələrdə uğur qazanmalarına yol açır. Bugünkü tədbirin keçirilməsində də məqsəd, real motivatorlar vasitəsilə gənclərdə yaranmış ruh düşkünlüyünün aradan qaldırılmasını, şəxsi inkişaf üsullarının formalaşdırılmasını gücləndirmək, postpandemiya dövründə gənc­lərin sosial və fərdi inkişafına təkan vermək, karyera qurularkən qarşıya çıxan problemlər və həlli yollarını tapmaq kimi məsələlərdən danışaraq gənclərdə seçdikləri peşəyə qarşı həvəsi daha da artırmaqdır.
Tədbirdə cıxış edən, “Naxçıvan” Sahibkarlar Konfederasiyasının sədri, “Cahan” Holdinq KŞİ-nin prezidenti Vüqar Abbasov, biznesin əsas strukturlarından, uğurlu biznes planlarının necə hazırlanmasından, hədəflərin düzgün seçilməsindən, müəyyən müəssisələrin yaradılmasında diqqət yetiriləcək məqamlardan, bu sahələrdə satış, marketoloq və bir sıra proseslərə ciddi nəzarət edilməsi qaydalarından danışıb. Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri, “Cahan” Holdinq KŞİ-nin prezidenti Vüqar Abbasova Naxçıvan Universiteti tərəfindən “Təşəkkürnamə” təqdim olunub.
Gənclər arasında belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

“Cahan” Holdinq KŞİ-nin
mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR