07 Oktyabr 2024, Bazar ertəsi

Universitetin Konservatoriyasında açıq havada yeni yaradılan Tələbə simfonik orkestrnin Milli Musiqi Günü ilə bağlı keçirilən konsertindəgiriş sözü iləçıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan musiqisinin klassiki, opera sənətimizin banisi, görkəmli alim, dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Bildirlib ki, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında görkəmli ictimai xadim, dramaturq, alim, folklorşünas, pedaqoq kimi əvəzsiz rolu olub. Rektor qeyd edib ki, Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk Ali musiqi təhsil ocağı Konservatoriyanın 1921-ci ildə Üzeyirbəyin sayəsində yaradıldığını qeyd edərək universitetdə fəaliyyət göstərən Konservatoriyanın muxtar respublikada musiqiçi kadrların yetişməsində müstəsna rola malik olduğunu diqqətə çəkib. Bundan başqa universitetin nəzdində fəaliyyət göstərən Musiqi Kolleci də peşəkar musiqiçi kadrların yetişməsinə zəmin yaradacaq-deyən Elbrus İsayev universitetdə bütün sahələrdə olduğu kimi musiqi sahəsindəki uğurlardan danışıb və İncəsənət fakültəsində yaradılan orkestrların milli musiqimizin inkişafında öz səylərini göstərdiyini bildirib. Rektor eyni zamanda vurğulayıb ki, Respublikamızda hər il bəstəkarın sənət dünyasına həsr olunan mühüm tədbirlər keçirilir. Bu tədbirlər silsiləsi universitetdə də layiqincə davam etdirilir.

Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyə Məmmədova qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin  bir çox üslub xüsusiyyətlərini, estetik prinsiplərini müəyyənləşdirərək inkişaf etdirib. Diqqətə çatdırlılıb ki, onun yaradıcılığında və nəzəri tədqiqatlarında realizm, ideyalılıq, xəlqilik, millilik və beynəlmiləllik kimi problemlər ilk dəfə irəli sürülüb və işıqlandırılıb. Həmçinin xalq mahnılarını ilk dəfə nota köçürənlərdən olan Üzeyir Hacıbəyli ilk xalq çalğı alətləri orkestri təşkil etməklə yanaşı, milli musiqi alətlərinin simfonik melodiyalara uyğunlaşdırılması yolunda əvəzsiz xidmətlər göstərib-deyə Rumiyyə Məmmədova vurğuladı.   

Daha sonra İncəsənət fakültəsinin yeni yaradılan Tələbə simfonik orkestrinin 18 sentyabr Milli musiqi gününə həsr olunmuş konserti təqdim olunub.

Azərbaycan RespublikasınınXalq artistiorkestrin bədii rəhbəri və dirijoru,  professor Çingiz Axundovun bədii rəhbərlik etdiyi orkestr maraqlı repertuarla çıxış edib. Belə ki, Prezident mükafatçısı Sərxan Abdullayevin bədii rəhbərlik etdiyi“Buta” instrumental ansamblı, Prezident mükafatçısı Samir İsmayılov,   Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva,Azərbaycan Respublikasının əməkdar artisti Tural Nəcəfov, İncəsənət fakültəsi və Musiqi Kollecinin  tələbələrindən ibarət vokal qrupu və fakültənin müəllim və tələbələrinin dahi bəstəkarın məşhur əsərlərindən ibarət ifaları konsert iştirakçılarında xoş ovqat yaradıb.

Vurğulayaq ki,Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertura”, “Arşın mal alan” operettasından “Müqəddimə”eləcə də “Telli və Vəlinin” dueti həmçinin “Cahan xalanın kupletləri”, bundan başqa “Sevgili canan”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və “Dilbərin nəğməsi”,Müslüm Maqomayevin “Azərbaycan” ifaları konsertə xüsusi zövq qatıb.

Fəxriyyə Səyyadova

NDU-nunTeleviziya, mətbuat və ictimaiyyətləəlaqələr bölməsinin əməkdaşı 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR