15 Sentyabr 2024, Bazar

NDU 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb, 1972-ci ildə bu filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutuna, 1990-cı ildə isə Naxçıvan Dövlət Universitetinə çevrilib. Bununla da Naxçıvan filialı gələcək ali məktəbin təməl daşını qoymaqla muxtar respublikanın ilk ali təhsil ocağı kimi burada yüksəkixtisaslı kadrların yetişdirilməsinə, bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərib. 

Bu fikirləri ADPU-nun 100 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə rektor Elbrus İsayev  səsləndirib. Rektor universitetin professor-müəllim və tələbə heyətini Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə təbrik edib, müstəqil Azərbaycanın inkişafı yolunda apardıqları məsuliyyətli işlərdə yeni-yeni nailiyyətlər arzulayıb. 

Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, böyük elmi-pedaqoji kollektivə və çoxminli tələbə kontingentinə sahib olan Azərbaycan Dövlət Pedaqoji Universiteti son 100 il ərzində 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları yetişdirməklə ölkəmizin sosial-mədəni inkişafında mühüm rol oynayıb. 

Rektor bildirib ki, Pedaqoji Universitet ölkədə pedaqoji və elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini və ixtisasının artırılmasını həyata keçirən pedaqoji təhsil müəssisələrinin böyük əksəriyyətinin yaradılmasında ilkin baza rolunu oynayıb. 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Naxçıvan Dövlət Universiteti “Azərbaycan tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Zəhmət Şahverdiyev, ADPU-nun Riyazi analiz kafedrasının professoru Məlikməmməd Cəbrayılov, Naxçıvan Dövlət Universiteti “Kimya” kafedrasının dosenti Akif Əliyev universitetlə bağlı öz xatirələrini bölüşüblər. 

Sonda Elbrus İsayev yubileyi qeyd edilən ADPU-nun adına sertifikat və hədiyyə təqdim edib. 

Səadət Əliyeva

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR