22 Dekabr 2024, Bazar

Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvanda müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları başa çatıb. 858 namizədin sənəd təqdim etdiyi müsabiqəyə 214 vakant vəzifə çıxarılıb. Budəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə ən çox müraciət qeydə alınıb. Daha çox qeydiyyat Şərur (225), Ordubad (161) və Culfa (121) rayonları üzrə olub.


Müsabiqənin nəticələrinə görə 171 vəzifənin tutulması üçün imtahanlarda iştirak edən 829 namizəddən 134 vəzifə üzrə 493 namizəd müvafiq keçid balını toplayıb. 37 vəzifə üzrə heç bir namizəd keçid balını toplaya bilməyib. 29 nəfər isə imtahanlarda iştirak etməyib. 43 vəzifənin tutulması üçün müraciət edən olmayıb.
Müsabiqədə iştirak edənlərlə müvəffəqiyyət qazananların say nisbətində ən yüksək nəticələri isə Babək rayonu (83 faiz), Naxçıvan şəhəri (70 faiz), Culfa (69 faiz) və Ordubad (58 faiz) rayonlarından müraciət edən namizədlər göstərib.
“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının aparılması qaydaları”na uyğun olaraq vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını toplamaqla ən yüksək nəticə göstərmiş şəxs müvafiq vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə 2-16 avqust tarixlərdə keçirilib. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanlarının nəticəsinə dair arayış təqdim edilib.
Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin adlı siyahısı müvafiq vəzifələrə təyin edilmələri üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR