22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təlimçiləri tərəfindən tələbələr üçün təşkil edilən “Yay məktəbi”ndə növbəti STEAM dərsləri keçilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən 60 tələbəyə STEAM üzrə təlimçilər tərəfindən 3D modelləşdirmə, 3D çap, müxtəlif növ printerlərdə çap qaydaları, mühəndislik dizayn həlləri və digər bu kimi mövzularda praktik biliklər verilib.
Təhsil Nazirliyinin STEAM üzrə təlimçi-müəllimi Fuad Babayev ilk olaraq “Tinkercad” proqramının ön pəncərəsi haqqında məlumat verib, ilkin həndəsi fiqurlarla modellərin hazırlanması qaydası, hazırlanmış modellərin 3D printerlərə yönləndirilib çap edilməsi tələbələrə izah olunub.
Sonda tələbələr “Tinkercad” pro­qramı vasitəsilə hazırladıqları ilkin modellərini 3D printerlərdə çap ediblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR