22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib, 1 dövlət orqanı tərəfindən 11 dövlət qulluqçusu barəsində qanuni qərar qəbul olunub.


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli Qərarına əsasən iyunun 10-dan iyulun 1-dək musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanlarının müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsində müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılıb. Komissiya müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə 379 müəllim müsahibə mərhələsində iştirak edib, onlardan 367-si uğur qazanıb və növbəti beş il ərzində dövlət musiqi təhsili müəssisələrində fəaliyyət göstərmək hüququ əldə edib.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu 6-7 iyul tarixlərdə Şərur və Ordubad rayon Təhsil şöbələrinin inzibati binasında bu rayonlarda və ətraf kəndlərdə yaşayan sakinlərə xidmət göstəriblər. İki gün ərzində, ümumilikdə, Şərur və Ordubad rayonlarında yaşayan 52 vətəndaşa səyyar xidmət göstərilib. Həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisininin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinə gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərmək olub.
Ötən ay müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün iyunun 10-da elan edilmiş müsabiqənin sənəd qəbulu başa çatıb, eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət musiqi təhsili müəssisələrində, Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində, digər dövlət qurumlarında, dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqələr elan edilib. Elan edilmiş müsabiqələr üzrə sənəd qəbulu davam edir.
Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazır­lıq kurslarında 98, müəllimlərin sertifikasiya imtahanları üçün hazır­lıq kurslarında 346 nəfər olmaqla, ümumilikdə, 444, müəllimlərin işə qəbulu üzrə keçirilən sınaq imtahanlarında isə 52 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR