22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə hər il iyul-avqust ayları tələbə və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “STEAM yay məktəbi”nin keçirilməsi nəzərdə tutulmuşdur. İlk olaraq Təhsil Nazir­liyi tərəfindən ümumtəhsil məktəblərinin 60 şagirdi üçün 6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə “STEAM yay məktəbi” təşkil edilmişdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq avqust ayının 3-dən tələbələr üçün təşkil edilən “Yay məktəbi”nin də proqramına STEAM təhsili üzrə mövzular daxil edilib.

Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən 46 tələbəyə Təhsil Nazirliyinin STEAM üzrə təlimçiləri tərəfindən proqrama uyğun layihə əsaslı dərslər keçilmişdir.
Dərslərdə tələbələrə STEAM metodologiyaları, arduino və proqramlaşdırma modulu, mikrobit platforması, 3D modelləşdirmə, 3D çap, lego modellərindən robotların hazır­lanması və mühəndislik dizayn həlləri və digər bu kimi istiqamətlərdə praktik biliklər verilmişdir. Dərs zamanı təlimçi-müəllim Rəhman Səfərov STEAM layihələrinin tətbiqində əsas komponentlərdən olan arduino mikrokontrol platformasından istifadə barədə məlumat verib.
Təlimçi-müəllim daha sonra praktik olaraq tələbələrə arduino layihə dəstində analoq və rəqəmsal pinlərdən, əlaqəli sensor vasitələrindən istifadə edərək alqoritmlər quraraq müxtəlif robotlar, elektron sistemlər, avtomatlaşdırma və ağıllı sistemlər, uzaqdan idarə olunan nəqliyyat vasitələri, geyilə bilən texnologiya layihələri və digər layihələrin arduino ilə tətbiq edilə biləcəyini göstərib.
Sonda tələbələr arduino ilə hazır­ladıqları layihəni təqdim ediblər. “Yay məktəbi”ndə növbəti STEAM dərsləri avqustun 10-u, 17-si, 24-ü davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR