22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.


Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2018-ci il 14 aprel tarixli Qərarına əsasən keçirilən müsabiqəyə, ümumilikdə, 214 vakant vəzifə çıxarılıb. Budəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə ən çox namizəd müraciət edib. 858 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox qeydiyyat Şərur (225), Ordubad (161) və Culfa (121) rayonları üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (210), riyaziyyat (113), Azərbaycan dili və ədəbiyyat (94), tarix (92) və ingilis dili (86) müəllimliyi üzrə qeydə alınıb.
Test imtahanlarında hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
Test imtahanları avqustun 16-na qədər davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR