22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekun konfransı keçirilib. Əvvəlcə TEC-in fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, cəmiyyətin işi tələbələrə elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlamaq və elmi diskussiya aparmaq bacarıqlarının aşılanmasına xidmət etməkdir. Rektor vurğulayıb ki, muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, TEC işində fəallıq nümayiş etdirənlər 30 iyun-2 iyul tarixlərində Ağbulaq İstirahət Mərkəzində “Elm və innovasiya” düşərgəsində olacaq, asudə vaxtlarını səmərəli keçirəcəklər.

Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki, TEC-in başlıca vəzifəsi tələbələrdə elmə olan marağı və münasibəti müsbət istiqamətə yönləndirməkdən ibarətdir. Vurğulanıb ki, hər tədris ilində olduğu kimi, cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi, məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 437 müəllim elmi-tədqiqat işlərinə rəhbərlik edib, 571 tələbə 570 mövzu üzrə məşğul olub. Ötən illə müqayisədə mövzuların sayında 221 vahid 63 faiz artım qeydə alınıb.
Tədbirdə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işləri yerinə yetirən kafedralar kimi qeyd olunan Biologiya kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qənbərov, Ümumi təbabət və kliniki fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva adıçəkilən kafedralarda yerinə yetirilən elmi-tədqiqat işləri barədə danışıblar.
Universitet üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Çinarə Orucova yazdığı elmi-tədqiqat işinə görə I yerə layiq görülüb. Marketinq ixtisası üzrə I kurs tələbəsi Elsun Cəfərov, Fortepiano ifaçılığı ixtisası üzrə IV kurs tələbəsi Xanım Əsgərova II, Stomatologiya ixtisası üzrə IV kurs tələbəsi Fərid Cəfərli, Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Arzu Sultanova isə III yerləri bölüşüblər.
Sonra Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində universitet üzrə seçilən tələbələrə plaket, fakültələr üzrə fərqlənən tələbələrə diplom, TEC-in ümumi işində seçilən tələbələrə isə təşəkkürnamə təqdim edilib.

NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR