22 Dekabr 2024, Bazar

2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin STEAM təhsili üzrə təlimlərə cəlbi diqqətdə saxlanılır. May-iyun aylarında təşkil olunan növbəti təlimlər başa çatıb. Bununla bağlı keçirilən yekun tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən pilot olaraq muxtar respublikanın 15 təhsil müəssisəsində STEAM təhsil metodunun tətbiqinə başlanılıb.
Bildirilib ki, STEAM təhsil metodunun tətbiq edildiyi məktəblərdə artıq şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Qısa müddətdə tətbiqinə baxmayaraq, şagirdlər tərəfindən 100-dən çox STEAM və robotexnika layihələri hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Texnosərgidə nümayiş etdirilib.

Qeyd olunub ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılacaq, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək, hər il “STEAM təhsil festivalı” keçiriləcəkdir. Bütün bunlar muxtar respublika gəncliyinin XXI əsrin çağırışları əsasında formalaşmasına böyük töhfə verəcəkdir.
Təhsil naziri bildirib ki, Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq müəllim hazır­lığı diqqətdə saxlanılır. Bu günə qədər 100-ü bu mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla, 250 müəllim təlimlərdən yararlanıb. Təlimlər zamanı STEAM metodologiyaları, robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib, onlarda STEAM dərslərini tədris etmək bacarığı formalaşdırılıb.
Təhsil naziri növbəti təlimləri uğurla başa vurub, sertifikatla təmin olunan 40 müəllimi təbrik edib, yaradılan şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
STEAM Tədris Mərkəzinin təlimçisi Fuad Babayev mərkəzdə təşkil olunan təlimlər haqqında məlumat verib. Bildirilib ki, mərkəzdə ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələr üçün də təlimlər təşkil edilib. Bununla yanaşı, müəllimlərin də hazırlığında yeni yanaşmalar tətbiq edilir, STEAM təhsili üzrə peşəkarlığın artırılması məqsədilə ilk dəfə olaraq “STEAM Tədris Mərkəzi”ndə beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun əməkdaşları tərəfindən “STEAM və müasir təlim yanaşmaları” mövzusunda təlim keçirilib. Təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin də müəllimləri cəlb olunub. Növbəti təlimləri 40 müəllim uğurla başa vurub.
Sonra STEAM təhsil metodu üzrə təşkil olunan növbəti təlimi başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR