22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin birgə təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq təşkil edilən “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans keçirilib. “Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda təşkil edilən tədbirdə universitetin müəllim və tələbə kollektivi iştirak edib.
Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

Sonra nazirliyin əməkdaşları Reyhan Sadiqovanın, Həbibə Əliyevanın, Rəşad Allahverdiyevin, universitetin müəllimləri Emilya Süleymanovanın və Təranə Əliyevanın çıxışları dinlənilib.
Konfransda boşanmış ailələrdə böyüyən uşaqların maddi mənəvi ehtiyaclarının ödənilməsi, həmin qrupdan olan uşaqların psixoloji durumunun yaxşılaşdırılmasına istiqamətlənən məsələlərə diqqət çəkilib, bu sahədə vacib nüanslara toxunulub.
Sonda mövzu ətrafında diskussiyalar aparılıb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR