22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində yaradılmış Fizika-Riyaziyyat Təmayüllü Liseydə əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan təhsil ocağında oxumaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır. 2021-2022-ci tədris ili üzrə Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı iyunun 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda iştirak etmək üçün Aprelin 1-dən mayın 25-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin VI sinfini bitirən 407 oğlan şagird qeydiyyatdan keçib.
Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat və fizika fənlərinin hər biri üzrə 25, ingilis dili fənni üzrə 15, coğrafiya tarix, biologiya fənlərinin hər biri üzrə 5 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt verilib. Test formatında keçirilən imtahanda ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə VII sinifdə təhsil alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR