22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinin istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsinin tələbələri də mütəmadi olaraq təcrübə dərslərində iştirak edir, muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarında praktiki dərslər keçir, peşəkar həkim kollketivi ilə işləmək imkanı qazanırlar. Bu da tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına xidmət edir. İstehsalat təcrübələrinin əhəmiyyətindən danışan rektor qeyd edib ki, təcrübələrin sonunda tələbələrin davamiyyəti və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı təcrübələrin gedişatına nəzarət etmək məqsədilə universitetin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təhkim etdiyi nümayəndələr heyəti yaradılıb

“İstehsalat təcrübələri üçün metodiki göstərişlər” mövzusunda çıxış edən Tibb fakültəsinin dekanı Elsevər Əsədov istehsalat təcrübəsinin yeni standartlara və tədris planına müvafiq həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, tədris planına uyğun olaraq Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2,3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak edəcəklər.
Ümumi təbabət və kliniki fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “İstehsalat təcrübələrinin tələbələrin bilik və bacarıqlarının formalaşmasında rolu” mövzusunda çıxış edərək tələbələrin təcrübə müddətində hansı tapşırıqları yerinə yetirməli olduqları, həkim-xəstə münasibətlərinin qurulması və proqramda nəzərdə tutulan tibbi vərdişlərə yiyələnmələrindən danışıb.
Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Stomatoloji kadr hazırlığında praktiki vərdişlərin rolu mövzusunda çıxış edib.
Tədbirin sonunda Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təcrübi dərslərin keçirlməsinin tələbələrin ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR