07 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Universitetində “Beşinci beynəlxalq Asiya müasir elmlər konfransı” keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib, sonra Naxçıvan Dövlət Universitetinin tanıtım videoçarxı nümayiş olunub. Naxçıvan Dövlət Universitetinin və İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD-ın) təşkilatçılığı ilə keçirilən onlayn konfransı giriş sözü ilə universitetin rektoru, dosent Elbrus İsayev açıb. Ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələrin sürətlə genişləndirilməsi haqqında ətraflı məlumat verən rektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini bildirib. Qeyd edib ki, ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri arasında öncüllüyünü qoruyur. Vurğulanıb ki, ali təhsil ocağında 10 ölkədən 1000-dən artıq əcnəbi tələbə təhsil alır. Türkiyə universitetləri ilə ikili diplom layihəsi mövcuddur.

Konfransda 33 ölkədən elm adamları tədqiqatlarla çıxış edib. İki gün davam edən konfrans 6 sessiya üzrə fəaliyyət göstərib. Konfransda 28 bölmə üzrə 272 məruzə dinlənilib. 500-ə yaxın tədqiqatçının iştirak etdiyi konfransda ali təhsil ocağının 26 əməkdaşı 22 mövzu ilə çıxış edib.
İKSAD-ın rəhbəri, dosent Mustafa Latif Emekin adından İKSAD-ın Azərbaycan təmsilçisi, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Əlvan Cəfərov çıxış edib. Naxçıvan Dövlət Universitetinə plaket təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR