İyunun 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Respublikanın 16 şəhər və rayonunda təşkil olunan imtahanlarda 20 mindən çox şagird iştirak edib. İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə, 98 imtahan binası, 1605 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 1945 nəzarətçi-müəllim, 196 buraxılış rejimi əməkdaşı (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.
Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanlarda, ümumilikdə, 3888 abituriyent iştirak edib. İmtahanın idarə olunması üçün 329 zal, 52 rəhbər, 395 nəzarətçi ayrılıb. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələri yaxın günlərdə elan ediləcək.
Güntac ŞAHMƏMMƏDLİ