29 Mart 2024, Cümə

Naxçıvan Dövlət Universitetində "Sosial şəbəkələr, informasiya təhlükəsizliyi və müasir durum "  mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Universitetin "Jurnalistika" ixtisasında təhsil alan tələbələrlə Naxçıvan Televiziyasının baş redaktorları iştirak ediblər.

Tədbirdə "Jurnalistika və  xarici ölkələr ədəbiyyatı" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru  Şəhla Şirəliyeva  qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyalarin dəstəklənməsin haqqında"  verilən Sərəncamlara əsasən ixtisasların  hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradır. Bu cür görüşlərin keçirilməsi həm də gənc jurnalistlər üçün stimul xarakteri daşıyır.

Sonra Naxçıvan Televiziyasının Sənədli filmlər və dublyaj radaksiyasının baş redaktoru  Müzəffər Əsgərov jurnalistika  ixtisasında  təhsil alan tələbələrə televiziyada görülən yaradıcılıq işləri və hazırlanan verilişlər barədə məlumat verib. Bu materialların  sosial şəbəkələrə yerləşdirilməsi, izləyicilərin onlara yazdığı şərh və rəylərdən danışıb. Tədbirdə həmçinin Naxçıvan Televiziyasının baş redaktorlarından Ruhiyyə Rəsulova, Fizzə Bağırova, Elnarə Heydərova, Nihad Bayramlı və universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva və Jurnalistika kafedrasının müəllimi Səməd Canbaxşıyev çıxış edib. 

Naxçıvan Televiziyasının baş redaktorlarının iştirakı ilə keçirilən tədbirdə həmçinin jurnalist tələbələrin istər televiziya və radioda, istərsə də mətbuatda fəal iştirakı haqda məlumat verilib. Universitetdə gələcəyin peşəkar jurnalistləri üçün yaradılan münbit şərait, eyni zamanda buranı bitirən jurnalistlərin hazırda muxtar respublikanın müxtəlif KİV-də, o cümlədən Naxçıvan Televiziyasında uğurla təmsil olunduqları qeyd edilib.  

Tədbirdə sosial şəbəkələr, informasiya təhlükəsizliyi və müasir durum mövzusu ətrafında geniş müzakirələr  aparılıb və tələbələrin sualları cavablandırılıb.

   Naxçıvan Dövlət Universitetinin

"Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi

                                                            İlahə Allahverdiyeva

 

 

 

 

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR