22 Dekabr 2024, Bazar

 “Naxçıvan” Universitetində Tədris və tərbiyə işləri üzrə prorektor Hüseyn Bağırsoylu və fakültə dekanlarının iştirakı ilə iclas keçirilib. 

 İclas zamanı, karantin müddətində ali  təhsil ocağında tədrisin təşkili, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqlarının ödənilməsi, onlayn  konfransların keçirilməsi, postkarantin müddətində tədrisin təşkili və imtahan sessiyalarının keçirilməsi məsələləri müzakirə olunub.

Rektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə Azırbaycanda görülmüş tədbirlər nümunəvi səviyyədə davam etdirilir. Belə ki, ölkəmizdə insan amili hər şeydən üstün tutularaq vətəndaşlarımızın sağlamlığının qorunması üçün bir sıra mühüm qərarlar qəbul olunub icra edilməkdədir. Mövcud vəziyyətlə əlaqədar “Naxçıvan” Universitetində  də  tədrisin təşkili günün tələblərinə uyğun olaraq  ən yüksək səviyyədə aparılır.

Sonra fakültə dekanlarının onlayn və videodərslərlə bağlı hesabatı dinlənilib. Sonda rektor qaşıya qoyulan vəzifələri diqqətə çatdırıb,  müvafiq tapşırıqlar verib.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR