Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov tərəfindən təşkil olunmuş, ali təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən videomüzakirədə “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva da iştirak edib.
Videomüzakirə karantin müddətində ali və orta ixtisas təhsili müəssisələrində tədrisin təşkili, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərclərinin ödənilməsi, postkarantin müddətində tədrisin təşkili və imtahan sessiyalarının keçirilməsi məsələlərinə həsr olunub.
“Naxçıvan” Universitetinin rektoru Təhsil nazirinə karantin müddətində ali təhsil ocağında görülən işlər barədə məlumat verilib.
Seyfur Hacımuradov