22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının növbəti iclası Şura üzvləri, struktur rəhbərləri və dəvətlilərin iştirakı ilə onlayn qaydada keçirilib.       

İclasda rektor Azad Novruzov bildirib ki, ölkəmizdə insan amili hər şeydən üstün tutularaq vətəndaşlarımızın sağlamlığının qorunması üçün bir sıra mühüm qərarlar qəbul olunub. Dövlətimiz tərəfindən  sosial layihələr həyata keçirilir ki, onlardan biri də aztəminatlı ailələrin övladlarının təhsilhaqlarının ödənməsini dövlətin öz üzərinə götürməsidir. Rektor karantin dövründə muxtar respublikamızda, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda distant təhsilin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.  

Onlayn iclasda  Elmi Şuranın gündəliyi təsdiq olunub, gündəliyə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının tərkibində qismən dəyişikliklər edilməsi, ali təhsil ocağında karantin dövründə distant təhsilin təşkili vəziyyəti və qarşıda duran vəzifələr, Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə 2019-cu ildə qəbul olunmuş doktorant və dissertantların müvafiq kafedralara təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbərlərinin (məsləhətçiləri)  təsdiqi haqqında  məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.                           

Mərüzələrdə qeyd olunub ki, ölkəmizdə karantin rejimi tətbiq olunan ilk günlərdən başlayaraq Naxçıvan Müəllimlər İnstitutunda 2019-2020-ci tədris ilinin ikinci yarımili – yaz semestri üçün tədrisi nəzərdə tutulan fənlərin (ixtisaslar və kurslar üzrə) mühazirə mətnləri, imtahan sualları institutun nmi.edu.az saytında yerləşdirilib.                            Bildirilib ki, tədrisin onlayn qaydada təşkilini təmin edən  proqramlardan istifadə  etməklə onlayn qaydada kurslar təşkil olunub. Professor-müəllim heyyətinin tədris etdiyi fənnlərin mühazirələri  videoformatında hazırlanır və institutun rəsmi facebook səhifəsinə yerləşdirilir.                                               

Təlim və tərbiyə işləri ilə yanaşı,  elmi-metodik işlər çərçivəsində professor-müəllim heyyətinin respublikada və xaricdə müxtəlif elmi jurnallarda və kütləvi informasiya vasitələrində məqalələri dərc olunub.                          

Sonda onlayn dərslərdən nümunələrə baxış olub və keyfiyyətin artırılması istiqamətində müəyyən qərarlar qəbul edilib. 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR