22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasətinin prioritetlərindən biri də istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik olaraq yönləndirilməsidir. Muxtar respublikamızda bu istiqamətdə davamlı olaraq islahatlar aparılır, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində işlər görülür. Yaradıcılıq mərkəzlərinin və məktəbdənkənar təhsil müəsisələrinin fəaliyyəti şağirdlərin istedadlarının üzə çıxarılmasında və milli mənəvi dəyərlərimizə bağlı bir nəsil yetişməsinə öz tövhəsini verir. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şagirdlərin asudə vaxtlarını səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün 12-si 2019-2020-ci tədris ilində yaradılmaqla müxtəlif profilli 39 adda dərnək fəaliyyət göstərir.

O cümlədən, uşaq və yeniyetmələrin asudə vaxtlarının mənalı təşkili üçün mərkəzdə nümunəvi tədris şəraiti yaradılıb. Müxtəlif profilli dərnəklərin açılması, festivalların, rəsm, dram, əl işləri yarışlarının təşkili məktəblilərin marağını daha da artırır. Fəal şağirdlər diplom və hədiyələrlə mükafatlandırılmaqla yanaşı onların əl işlərinin sərgilənməsi, ictimaiyyətə təqdim olunması ilə də bağlı ardıcıl işlər aparılır. Yaxın günlərdə isə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinində muxtar respublikamızın istedadlı şağırdlərinin əl işlərinin rəsimlərindən ibarət “İstedadlı şagirdlər ”adlı albom-kataloq işıq üzü görüb. 

Nəfiş şəkildə tərtib olunmuş, yüksək poliqrafik keyfiyyəti ilə seçilən yeni lbom-kataloqun giriş hissəsində 2019-cu il oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərin fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həmin tədirdəki çıxışı və müxtəlif dərnəklərin fəaliyyəti ilə tanış olması ilə bağlı fotolar öz əksini tapıb.                                                                                         `                 

Yeni nəşrdə muxtar respublikamızın təhsil ocaqlarından olan şagirdlərin fotoları, onlar haqqında ümumi məlumat və əl işləri öz əksini tapmışdır. Albom-kataloqda, ümumilikdə, 67 şağirdin dulusçuluq, metal üzərində bədii döymə, ağac üzərində oyma, toxuculuq, bədii tikmə kimi müxtəlif yaradıcılıq nümunələri yer alır. Yeni nəşr Naxçıvanda qədim tarixə və zəngin ənənələrə malik dekorativ tətbiqi sənət növlərinin müasir inkişaf səviyyəsinin təqdimatı, gənc istedadlarda bu sənət növlərinə marağın aşılanması, onların yaradıcılıq baxımından düzgün istiqamətləndirilməsi baxımından da əhəmiyyətlidir. 

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR