AMEA Naxçıvan Bölməsində koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejiminin müəyyənləşdirilmiş tələb və tövsiyələrinə riayət edilir.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da fəaliyyətlərini günün tələblərinə uyğun məsafədən davam etdirir, qədim Nахçıvаn tаriхinin müхtəlif prоblеmlərinə, аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir sistemli tədqiqаtlаr aparılır.
Bu barədə danışan institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli qeyd edib ki, cari ilin birinci rübündə “Naxçıvan tarixinin tədqiqi” istiqaməti, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi tarixinin öyrənilməsi” problemi, “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin tədqiqi” mövzusu ətrafında 8 iş üzrə 17 mərhələdə elmi-tədqiqat işləri аpаrılıb. Tədqiqat işlərinin yerinə yetirilməsində 1-i АMЕА-nın həqiqi, 2-si АMЕА-nın müхbir üzvü, 9-u tаriх üzrə fəlsəfə doktoru, 5-i kiçik elmi işçi olmaqla, 17 nəfər iştirak edib.
Çap olunmuş əsərlərin sayının ötən illə müqayisədə artdığını qeyd edən Fəxrəddin Səfərli bildirib ki, 2019-cu ilin 3 aylıq hesabat dövründə 35 elmi əsər çap olunubsa, 2020-ci ilin 3 aylıq hesabat dövründə 2-si monoqrafiya olmaqla, 52 əsər çap edilib. 2019-cu ildə xaricdə 9 əsər çap olunubsa, bu il 16 əsər işıq üzü görüb. Bununla yanaşı, institut direktoru əməkdаşlаrın respublika və beynəlxalq səviyyəli konfrans və sempoziumlarda, eləcə də bölmə və muхtаr rеspublikа miqyаsındа kеçirilən еlmi, sоsiаl-siyаsi və mədəni tədbirlərdə yахındаn iştirаk еtdiklərini, müхtəlif tеlеviziyа kаnаllаrındа, rаdiо və mətbuаt оrqаnlаrındа çıхış еtdiklərini vurğulayıb. Qeyd edib ki, bu dövrdə institut əməkdaşlarının “Yeni dünya nizamı və Azərbaycan” adlı layihəsi elmi-tədqiqat proqramlarının respublika müsabiqəsinin qalibi olub.
İnstitutun direktoru deyib: “Elmi müəssisənin 3 əməkdaşı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərsdə “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)”, “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” və “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda əməkdaşlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına müvafiq olaraq ayda bir dəfə bitirdiyi orta məktəblərdə nümunəvi dərs deyiblər”.
Fəxrəddin Səfərli bu gün tarixi mədəniyyət abidələri, memarlıq nümunələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, onların qorunub saxlanılması, bərpası və təbliği istiqamətində bir sıra mühüm işlərin görüldüyünü xatırladaraq, əməkdaşlar tərəfindən regiondakı abidələrin sistemli şəkildə öyrənildiyini vurğulayıb. Bildirib ki, iş planına uyğun olaraq AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında 2 mərhələdə “Naxçıvanın Neolit və Eneolit mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələri”, “Sirabçay vadisinin Orta Tunc dövrü abidələri”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva tərəfindən “Naxçıvanın qədim dövr keramikası üzərindəki ornamentasiyanın mədəniyyətlər arası əlaqənin öyrənilməsində rolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov tərəfindən isə “Ordubadçay vadisinin Antik və Orta əsrlər dövrü arxeoloji abidələrinin tədqiqi” mövzularında araşdırılmalar aparılıb.
Alim qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində institutun əməkdaşı, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.
İnstitut direktoru hazırda “Əlincəçay mahalının epiqrafik abidələri” və “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan (XVIII əsrin I yarısı)” adlı monoqrafiyaların nəşrə hazırlandığını deyib.