Təhsil sahəsində aparılan islahatlar bəzən özünü doğrultmasa da əksərən tədrisin keyfiyyətini yüksəltməyə xidmət etməkdədir. İndi əsas məqsəd müasir dərsə verilən tələblər, elektron tədris vəsaitlərindən səmərəli istifadə, interaktiv rejim, onlayn, video dərslərin, e-təhsil, distant təhsilin daha verimli olması qayğısına qalınmasıdır.İnteraktiv təlim, interaktiv rejim son illər təhsil sahəsinə səmərəlilik gətirmişdir. Bu rejim sayəsində öyrədən-öyrənən münasibətlərində yeni yanaşmalar tədris prosesində elmi biliklərin verilməsinə, mənimsənilməsinə, bilik-bacarıq-vərdişlərin formalaşdırılmasına xüsusi imkan yaratmışdır.
Təlimin keyfiyyətinin yüksəldilməsi onun dünya standartları səviyyəsinə qaldırılması bir çox amillərdən asılıdır. Biologiyanın tədrisində forma və metodun düzgün seçilib istifadə olunması, interaktiv öyrədici mühitin yaradılması, əyanilik, texniki vasitələrin yerində və düzgün işlədilməsi, şagirdlərdə fənnə, mövzuya maraq yaradılması kimi amillərə xüsusilə diqqət yetirilməlidir.Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə də şərtlənir. Lakin bu öyrətmə monoton deyil, yeni formatda – interaktiv rejimdə baş verərsə daha səmərəli olacaqdır. Bu proses şagirdlərdə canlı maraq, fəal reaksiya doğurur, onlarin qarşılıqlı diskussiyaya girməsinə, məntiqi-tənqidi təfəkkürünün inkişafına şərait yaradır. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə, öyrəndiyi məlumatlarayaradıcı təfəkkürlə tənqidi yanaşma vərdişləri aşılayacaqdır.
Hazırkı şəraitöyrənənlərdən mühüm idrak qabiliyyəti, məsafədən, virtual, onlayn dərslərdən maksimum yararlanmaqla yeni biliklərə yiyələnməyi tələb edir.Onlar həmçinin öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Xüsusilə də biologiyanın tədrisində aldığı biliklərin həyata tətbiqi məsələsi, bioloji bacarıq-vərdişlərin formalaşdırılması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu zaman istər şagird, istərsə də tələbədə özünə inam hissi yaranır, onlara sinfin və dərsin təşkilində iştirak etməyə, tədris prosesində sərbəstlik verilir və onların fikirləri müzakirəyə qoyularaq qiymətləndirilir.
Müasir təlim metodlarından və İKT-dən istifadə auditoriyada dəyişiklik etməyə və öyədən və öyrənən arasında, öyrənənlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa – interaktivliyə imkan yaradır. Son illər interaktiv təlim, interaktiv rejimtədris sahəsinə sürətlə nüfuz etmiş, intensiv şəkildə istifadə edilməkdədir. Yalnız problemlər də yox deyildir. Əsas məsələ təklif olunan yeniliyin kor-koranə tətbiqi deyil, ondan kreativ istifadə potensialının olmasındadır. Bu da ali və orta məktəb müəllimlərinin metodik potensialından da asılı olmaqlaonların qarşısına ciddi tələblər qoyur:fənni dərindən mənimsəməyi; fənni sevdirmək bacarığı; yeni təlim texnologiyalarından maksimum istifadə imkanları; tədris prosesini monotonluqdan çıxarmağı bacarmağı və s.
Distant təhsilin zərurətə çevrildiyi hazırkı şəraitdə təhsil sisteminin yeni ideyalara, tələb-təklif paketlərinə ehtiyacı yaranmışdır. Bu sahədə aidiyyatı olan hər bir kəs öz yeni fikirlərini, tədrisin səmərəliliyini artırmaq üçün fərqli metod-üsullar təklif etməli, ən yeni texnologiya və proqramların təhsil sahəsində tətbiqi problemlərini araşdırmalıdırlar.İnteraktiv rejim o zaman yaranar ki, öyrədən və öyrənən qarşılıqlı bilik mübadiləsi formatında çıxış edərək yeni biliklərin öyrədilməsinə nail ola bilsinlər. Bundan başqa ali məktəb müəllimləri, metodistlər və s. artıq dərs vəsaitlərinin hazırlanması zamanı fərqli dizayn düşünməli, həmin dərsliklərin e-variantının sistemə yerləşdiriləcəyini də nəzərə alıb interaktiv sual-cavab, qeyri-adi çalışmalar, təcrübə nümunələrini də əlavə etməyin öyrətmə prosesini sürətləndirəcəyini nəzərə almalıdırlar. Artıq yeniləşən və kəskin dəyişən dünya təhsil sisteminə mövcud baza ilə davam etmə şansı buraxmamışdır. Ümumiyyətlə, müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqində baş verən sürətli yenilənmə təhsil sahəsi insanının da özünü yeniləməsini təkidlə tələb etməkdədir.
Həmçinin biologiya fənninin spesifik xüsusiyyətləri tədris prosesində həm İKT-nin geniş tətbiqini, həm də təlimdə idrak fəaliyyətini artıran metod və vasitələrdən sistematik istifadəni diqqətdə saxlamağı tələb edir. Əslində multimediya kursların tədris prosesində tətbiqi müvafiq pedaqoji texnologiyanın hazırlanmasını da tələb edir. Multimediya kursu mühüm didaktik vasitə olaraq özündə üç mühüm komponenti birləşdirir: tədris materiallının məzmunu, onun şərh metodu və təlim texnologiyası. Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub, öyrədici sistem əmələ gətirir, öyrənənlərin özünütəhsil prosesini reallaşdırmağa hərtərəfli imkan yaradır.
Bəs elektron tədris vəsaitlərinin (ETV) yaradılma prinsipləri nəyə xidmət edir?İnformasiya tədris resursları iki qrupa bölünür: bilavasitə öyrənənin kompüterində olan informasiya (lokal komponent) və tədris mərkəzinin kompüterlərində olan informasiya (şəbəkə komponenti). İnformasiyanın yerləşdirilməsi üsulundan asılı olaraq bu resursların yaradılması və istifadə texnologiyası müəyyən tələblərə cavab verməlidir. Tədrisdə istifadə edilən informasiya resurslarının irihəcmli olması müvafiq tutumlu informasiya daşıyıcısından istifadəni tələb edir.
Beləliklə ETV-nin yaradılmasında üçüncü prinsip tədris materialının multimediya formada təqdimatıdır. Bu format hazırda tədris prosesində geniş tətbiq olunmaqdadır. Şəbəkə kurslarının texniki bazasını İKT təşkil edir. Telekommunikasiya texnologiyaları əsasən tədris materiallarının ötürülməsi məqsədilə istifadə olunur. Tədris prosesində bəzi problemlərin yaranmaması üçün müəllim əvvəlcədən müəyyən qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Lokal komponent yaradılması üçün istifadə edilən proqramlaşdırma sistemləri, adətən multimediya kursda internet resurslarına müraciət imkanları yaradır, nəticədə şəbəkə və lokal resurslar birləşir, vəhdət təşkil edir, müəyyən mənada vahid informasiya –təhsil mühiti yaranır. İstənilən növ tədris materiallarının məzmunu kompleks halda şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və kafi səviyyəsini əks etdirir. Tədris yönümlü ETV-nin məzmunu dövlət standartlarna və müasir təlim texnologiyalarına tam uyğun formada tərtib edilməlidir.
Tədris yönümlü ETV-nin təsnifi prinsipləri isə çox aspektli xarakter daşıyır. Bir tərəfdən yerinə yetirdiyi funksiyalara görə o, tədris nəşridir, bu səbəbdən tədris kitablarının təsnifatı prinsiplərindən istifadə etmək olar.Ümumiyyətlə, TMPT aşağıdakı növbəti xüsusiyyətlərə malik olmalıdırlar: təhsil standartlarına uyğun gəlməli; kompüterləşdirilən təlim metodikalarını dəstəkləməli; müasir instrumental vasitələr əsasında reallaşdırılmış olmalı; istifadəçi üçün sənədləri olmalı; TMPT-lərin təlim prosesində yeri və tətbiq üsulu təyin olunmalıdır. Təlim məqsədli proqram təminatı (TMPT) dedikdə - öyrənənlə münasibətdə pedaqoji təlim tədris funksiyalarını reallaşdırmaq üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış dəfələrlə istifadə olunan kompüter proqramı başa düşülür. Müasir TMPT-lər növbəti təlim üslublarını və ya onların məcmusunu uzlaşdırır: uzlaşdırılmış fəaliyyət, müəllim və şagirdin müsahibəsi, izahlı təlim, konstruktiv təlim.
Əlbəttə, istərdik ki sərəncamda elə mükəmməl təqdimat olsun ki, informasiyanı istənilən formada çatdıra, savadlı, əhatəli mətnə, məlumat bazasına, nəzarət sisteminə malik olsun. Hətta sadəcə olaraq ele elektron dərslik yoxdur ki, keyfiyyətli qrafika, animasiya, video və kompyuter modelleri bir arada olsun. Məhz bu cür dərsliklərin hazırlanması, düşünürük ki, hazırda qarşıda duran əsas tələblərdəndir. Ona görə də xüsusilə bilogiya müəllimləri artıq bu istiqamətdə işlər görməli, daha təkmil texnologiyaların kəşfini gözləməməlidirlər. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin hazırladığı elektron vəsaitlərdən də istifadə etmək mümkündür.Hazırda mövcud olan elektron dərsliklərdən əksəriyyəti müəyyən effektlərə malik olsalar da prinsipcə məktəbdə keçirilən materiladan az kənara çıxırlar. Doğrudur, bu elektron vasitələrdə daha çox illüstrasiyalar, daha çox mətn, termin yerləşdirilmiş, müəyyən bölmələrə ayrılmışdır. Burada diktor mətnindən də istifadə etmək, latın terminlərinin qarşılığını tapmaq, istənilən obyektlərin mətn və ya qrafik təsvirini kopyalayıb əldə etmək mümkündur.Elektron vəsaitlərin əksəriyyətində illüstrasiyalar üzərində yeni mövzunun izahında dərsin möhkəmləndirilməsində, fərdi iş zamanı istifadə etmək məqsdəuyğundur.
İnformasiya texnologiyaları o cümlədən internet tədris prosesinin müxtəlif sahələrində müvəffəqiyyətlə iştrak edir və istənilən nəticəyə də nail olur.Həmçinin biologiyanın tədrisində müxtəlif səbələrdən müşahidəsi mümkün olmayan bəzi obyekt və hadisələrin gostərilməsində kompyuter texnologiyaları əvəzsiz rol oynayır. Məsələn:
ü əgər onlar böyük deyilsə (nüvənin strukturu)
ü tezötürüəndirsə (sinir impulsunun neyrondan neyrona ötürülməsi prosesi)
ü müşahidəsi mümkün deyilsə (embrionun inkişafı)
ü izah edilməsi, daha doğrusu başa düşülməsi mürəkkəbbdirsə (zülal sintezi)
ü nümayiş etdirilməsi mümkün deyilsə (dərin su heyvanları, alp çəmənlikləri) və s.
Bütün bunlardan göstərilən proqram təminatlarının bilogiya fənni sahəsində hansı əvəzedilməz imkanları olması aydın görünür. Məlumdur ki, bir çox bioloji proseslər mürəkkəbliyi ilə fərqlənir. Biologiya ekperimental elm olduğundan şagirdlərə biololji fakt və hadisələri abstrakt təsəvvürlərlə mənimsətmək düzgün yol deyil, heç mümkün də deyil. Onların təsəvürlərini inkişaf etdirmək üçün obrazlardan–şəkil, video, sxem, cədvəl və s. istifadə olunması zərurətə çevrilmişdir. Bütün dövrlərdə hər bir dövləti dünyada tanıdan onun elmi,təhsilidir. Təhsil sahəsində baş verən islahatlar isə daim yeniləşən texnologiyaların tədrisdə tətbiqini aktuallaşdırır. Məlum səbəbdən məhz texnologiyalar sayəsində həyatın bütün sahələrində onlayn fəaliyyəthəyata keçirilir, interaktiv, virtual, onlayn təhsil vasitəsilə tədris sahəsində canlanma baş tutmuşdur.e-təhsil özünü tamamilə təsdiqləməklə, günümüzün reaallığına çevrilməkdədir.
Azərbaycanda kurikulum islahatı da təhsilin məzmumunda bir sıra köklü dəyişikliklərin aparılmasına, şagirdlərdə yaradıcı düşünmə, müstəqil işləmək bacarıgına və vərdişlərinə alışdırma, tətbiq və tədqiqatçılıq bacarıqlarının formalaşmasına yönəlmişdir.Müəllimlərin də vəzifəsi dünya təhsilinin qabaqcıl təcrübəsini öyrənərək təhsilimizin keyfiyyətini artırmaq,Azərbaycanda şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin gerçəkləşməsinə nail olmaqdır.
İndi bütün dünya üzrə mövcud vəziyyətin – koronovirus pandemiyasının ciddiyyətini anlamaq istəməyən hər bir fərdin cəmiyyəti böyük təhlükə qarşısında qoyması əlbəttə hamını narahatetməlidir. Ən dəhşətlisi də odur ki, dünyadakı faşizm ideyasına xidmət edən bəzi millətlər və dövlətlər bəşəriyyəti öz cənginə alan pandemiya dövründə belə can almağa, siyasət yürütməyə, imperialist xislətlərini davam etməkdədirlər. Bütün dünyada qeyri-müəyyən görünən hazırkı vəziyyətdə tezliklə nələrin başverə biləcəyi haqda inanılmaz mülahizələr səslənməkdədir. İnteraktiv rejimidə tədrisin təşkili, dərsliklərin hazırlanması aktuallıq qazanmışdır – deyirik son illər. Lakin çox yaxında dünyanın hansı formatda idarəolunacağı, yəni super dövlətlərin gizli planları arasındamı, yoxsa dövlətlərin öz müqəddaratını həll etmək üçün öz plan-prospektimi hazırlanacaq – bütün bunları yaxın illərdə yaşayıb görəcəyik.Fikirlər içərisində insanlığın - dünyanın elit birqrup tərəfindən idarə olunacağı fikirləri də mövcuddur. İnsan övladı daha ayıq olmağa, hadisələri qiymətləndirməyə məcburdur hər zaman. Nəticə nə olursa-olsungünümüzdə baş verən problemlərdən nəticə çıxararaq hər bir vəziyyətə hazır olmağa məcburuq. Bunun üçün insan oğlu dünyada baş verən bütün yenilikləri diqqətlə izləməli, hadisələrə tənqidi-məntiqi yanaşmağı bacarmalıdır. Əks təqdirdə zaman aşımına uğramaq qorxusu yaranacaqdır.Pandemiya səbəbi ilə keçirilən onlayn iclas, konfransların keçirilməsindən başqa, əməkdaşlarda stimul yaratmaq üçün dəyişik, maraqlı interaktiv layihələr təşkili görülən işlərin əhəmiyyətini artıran amillərdəndir.
Günümüzdə Azərbaycan rəhbərliyinin bəzi ölkələrdən fərqli olaraq baş vermiş təhlükənin qarşısını zamanında alaraq, bütün iş yerlərində çalışan vətəndaşını qoruma moduna keçməsi, də təqdirəlayiq addımlardandır. Bütün sahələrdə öz vətəndaşının sağlamlığını qorumaq üçün dövlətə dəyəcək ziyanı gözardına alması da insana verilən dəyərin təsdiqidir. Azərbaycan və NaxçıvanMuxtar Respublika rəhbərliyi, universitet rəhbərliyinin, həmçinin əlaqədar qurumların qayğı və diqqətini xüsusilə qeyd etmək lazımdır. Odur ki, hər bir sahədə üzərimizə düşən vəzifənin vicdanla yerinə yetirməsi artıq müqəddəs iş sayılmalıdır.
Zərövşən Babayeva
Naxçıvan Dövlət Universiteti Zoologiya kafedrasının dosenti,
pedaqogika üzrə elmlər doktoru