22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası tələbələrin bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı günlərdə belə mütaliə vərdişindən geri qalmamaları üçün onlayn fəaliyyətə başlayıb. Bu məqsədlə həftədə iki dəfə olmaqla universitetin bütün fakültələrinin tələbələrinin iştirakı ilə onlayn kitab müzakirələri təşkil edilir. “Kitablardan pıçıltılar” adlı onlayn müzakirədə ilk dəfə Məhəmmədhüseyn Şəhriyarın nisgilli taleyi və ömür yoluna nəzər salınıb və şairin şah əsəri sayılan “Heydərbabaya salam” poeması bədii qiraət edilib. Qeyd olunub ki, poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan dəyərindədir. 

Ədibin bu əsərində Vətənə, el-obaya, adət-ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq öz əksini tapıb. Tələbələr şairin “Yar qasidi”, “Behcətabad xatirəsi”, “Eynşteynə məktub” və digər şeirlərini də səsləndiriblər. 25 tələbənin iştirakı ilə keçirilən müzakirədə ustad Şəhriyarın yaradıcılığı ilə bağlı suallar da cavablandırılıb. Şairin xatirələrindən söz açılıb, onun geriyə qalan sevgi və ağrı dolu məktubları oxunub.

Sonda kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, artıq kitabxana lib.ndu.edu.az saytı vasitəsilə 24 saat onlayn fəaliyyət göstərir. Hər hansı kitabı oxumaq istəyən tələbə kitabın adını bu elektron ünvana göndərməklə 1 saat müddətində həmin kitabın pdf variantını və yaxud linkini əldə edir. Vurğulanıb ki, son 3 gün ərzində dərs vəsaiti, dərsliklər, bədii ədəbiyyat olmaqla 200-dən çox oxucu müraciəti cavablandırılıb. 

                                                                                              Səadət Əliyeva  

                                                            NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR