22 Dekabr 2024, Bazar

Hazırda bütün sahələrdə çalışan mütəxəssislər informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək, onlardan düzgün istifadə etmək bacarığına malik olmalıdırlar. Tədris prosesində elektron lövhələrdən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir.     

Elektron lövhə – tədris prosesinin müəllim və şagirdin aktivliyi şəraitində aparılmasını təmin edən bir qurğudur. Ona bəzən “Ağıllı lövhə”  də deyirlər. Elektron lövhə vasitəsilə dərs prosesini maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə qurmaq mümkündür. Elektron lövhə vasitəsilə qurulmuş dərslər şagirdi işləməyə, düşünməyə, tədqiqatçılığa, yaradıcılığa, tənqidi və yaradıcı təfəkkürün inkişafına şövq edir. Bu lövhədə bütün əməliyyatları elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla interaktiv rejimdə aparmaq olar. “Ağıllılövhə” nin üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri  kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək rahatdır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Yəni, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış olur və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana  kimi təkrar-təkrar kompyuterdə izləyir. 

Elektron lövhənin üstün cəhətlərindən biri də onda  animasiya effektinin yaradılmasıdır; dərs nümunələri hərəkətli şəkillərlə, obyektlərlə zənginləşdirilir. 

Bütün sistem dörd elementdən ibarətdir:

  1. Elektron sensor lövhə
  2. Proyektor
  3. Lövhəni idarəetmə pultu
  4. Noutbuk və onun üçün çıxış.           

Təhsil müəssisələrində müxtəlif növ elektron lövhə proqramlarından istifadə olunur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

  • Promethean lövhələr üçün Activinspire proqramı;
  • Mimio lövhələr üçün Mimio Studio proqramı;
  • İnteractive Whiteboard lövhələr üçün İnteractive Whiteboard Software;
  • SmartBoard lövhələr üçün Smart Notebook proqramı və s.           

Bu gün elektron lövhələr olmadan müasir təlim prosesini təsəvvür etmək mümkün deyil.           

Elektron lövhə ilə keyfiyyətcə yeni səviyyəli dərs hazırlamaq və onu yüksək səmərə ilə təşkil etmək ancaq proqram təminatından tam və bacarıqla istifadə şəraitində mümkündür. Elektron lövhənin proqramı rəqəmsal məhsul yaratmağa imkan verir ki, bu da şagirdin dərketmə prosesinə və müstəqil işə tam qoşulmasına şərait yaradır.           

Sözügedən lövhə proqramlarında, xüsusilə Smart Notebook proqramında interaktiv testlərin yaradılması tədris prosesini maraqlı, zəngin və yaddaqalan edir. İnteraktiv sözünün mənası “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Analoji olaraq interaktiv testlər də qarşılıqlı fəaliyyət əsasında qurulan testlər anlayışına gətirib çıxarır. İnteraktiv testlərin yaradılması fənlərarası inteqrasiyanın təşkilini təmin edir.           

Müxtəlif dərs nümunələrinə aid interaktiv testlərin yaradılması texnologiyasına baxaq. 

Məsələn, Azərbaycan dili dərsində “Saitlər və samitlər” bölümünü tədris edərkən burulğan interaktiv testlərdən istifadə etmək olar (şəkil 1)

 

 

 

Şəkil 1. Burulğan test      

           

Smart Notebook proqramında müxtəlif fənlərə tətbiq edilə bilən interaktiv kublardan istifadə edilir. (şəkil 2)

 

Şəkil 2. İnteraktiv kub           

Riyaziyyat dərsinə aid interaktiv testdə 10 suallıq quiz tərtib olunur. Bu testdə şagird birbaşa  elektron lövhədə suallara interaktiv olaraq cavab verir, cavabının səhv və ya düz olduğunu lövhədə görür və nəticə 100 ballıq sistem üzərindən qiymətləndirilir. (şəkil 3)

 

Şəkil 3. Quiz test      

 İngilis dili dərsində də “lövhələri düzgün yerləşdir” interaktiv testindən istifadə edərək şəkillərə uyğun lövhələri şagird yerləşdirir, səhv və ya düzgün olduğunu elektron lövhədə görür. (şəkil 4).

 

 Şəkil 4. “Lövhələri düzgün yerləşdir” testi       

 İnformatika dərsində anaqram interaktiv testindən istifadə etməklə dərsə aid yeni anlayışları şagirdlər üçün yaddaqalan etmək olar. Bu testdə müəyyən vaxt ərzində topları düzgün yerləşdirmək lazımdır. (şəkil 5)

 

Şəkil 5. Anaqram test           

Yuxarıda göstərilən interaktiv testlərin hamısını istənilən fənnə və ya dərsə tətbiq etmək olar. Bütün bunlar dərslərin  şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. 

Səminə Rüstəmova

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR