22 Dekabr 2024, Bazar


Naxçıvan Dövlət Universiteti tərəfindən tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcı təxəyyül, bacarıq və dünyagörüşünün, inkişaf etdirilməsi məqsədilə iki onlayn müsabiqə elan edilib.  İnstagram sosial şəbəkəsi üzərindən keçirilən və “Gələcəyə inamla” adlanan  müsabiqədə tələbələrin mədəni səviyyəsi, şəxsi fantaziyası, bacarıq və qabiliyyətləri qiymətləndiriləcək. Müsabiqə bu günə, gələcəyə məhəbbət və nikbinlik hisslərinin artırılması, milli və ümumbəşəri dəyərlərə hörmət, tolerantlıq aşılanması məqsədilə keçirilir.

 Ədəbi-bədii irsə marağın artırılması, dünya xalqlarının mədəni-intellektual səviyyəsini özündə əks etdirən ədəbi qəhrəman obrazlarına (oxunan kitablardan, seyr edilən film və teatr tamaşalarından yadda qalanlara) məhəbbət hisslərinin aşılanması məqsədilə Facebook sosial şəbəkəsi üzərindən keçirilən “Ədəbi obraz və bədii təsvir” adlı müsabiqədə isə humanizm, estetik duyğu, yaradıcılıq təxəyyülü və bədii təfəkkür kimi bacarıqlar qiymətləndiriləcək.

Tələbələr hər iki müsabiqənin mahiyyətinə uyğun təsviri və dekorativ-tətbiqi sənət nümunələri (rəsm, bədii tikmə, toxuma, ağac üzərində oyma, metal üzərində işləmə və sair) hazırlaya bilərlər. Hər birindən bir nümunə olmaqla təqdim ediləcək əl işlərində yaradıcı işin keyfiyyət, təqdim olunmuş mövzuların mahiyyətinə uyğunluq xüsusiyyətləri nəzərə alınacaq.

Aprel ayının 12-dən may ayının 7-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanı vasitəsilə qısa videolar şəklində qəbul ediləcək əl işləri Naxçıvan Dövlət Universitetin İnstagram və Facebook səhifələrində yerləşdiriləcək. Ən çox bəyənmə alan 10 yaradıcı iş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Qabiliyyətli gənclər universitetin diplomu və pul mükafatı ilə təltif ediləcək. 

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR