“Naxçıvan” Universitetində təhsil alan tələbələrin təhsildən geri qalmaması və evdə olduqları müddətdə vaxtlarını səmərəli keçirmələri məqsədilə elektron baza yaradılıb.
Universitetin mətbuat xidmətindən bildirilib ki, hər bir tələbə “Naxçıvan” Universitetinin elektron bazası əsasında yaradılmış “Tələbə paneli”nə daxil olaraq müvafiq semestr üzrə keçdiyi fənlərin mühazirələrini həm elektron formada, həm də müəllimlər tərəfindən izah olunmuş video formatda əldə edə bilər.
“Tələbə paneli”ndən istifadə qaydaları barədə xüsusi videoçarx da hazırlanaraq “YouTube” kanalına yerləşdirilib.