22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq Mərkəzləri üçün innovativ dərnəklər yaradılır.

 Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-Aritmetik, Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göstərəcək Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Xalçaçılıq, Bujiteriya, Ebru sənəti, Toxuculuq, İngilis dili, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika, Mental-Aritmetik, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Bədii tikmə, Qum sənəti, Metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq-Heykəltaraşlıq dərnəklərinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Qeyd edək ki, dərnəklər şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə və zehni biliklərinin artırılmasına şərait yaradır.

                                                                 Mahmud  Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR