22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, parlaq ulduzların müşahidəsi və tədqiqi də həyata keçirilir.
Rəsədxanada ulduzların tədqiqatı sahəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə birgə cari ilin yay-payız mövsümündə geniş şəkildə müşahidələrin aparılması nəzərdə tutulub.

Hazırda tədqiq edilməsi planlaşdırılan parlaq ulduzlar seçilib və onların müşahidə olunması üçün hazırda nəzəri və metodik üsullar işlənir.
Müşahidələrin aparılmasında və tədqiqat işlərinin yerinə yetirilməsində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı, həm də Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən TERSKOL Rəsədxanasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR