22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetinin müəllim kollektivi universitetin tərəfdaş olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin qurulması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak edib. Beşgünlük təlim keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknyte-Petreikiene tərəfindən keçirilib. Təlimdə müəllim kollektivi ilə avropalı təhsil eksperti arasında təhsilin keyfiyyəti barədə müzakirələr aparılıb. Təlimin məqsədi tədris prosesinin tələbəyönümlü təhsil əsasında qurulmasını praktik olaraq nümayiş etdirmək olub.
Müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdirib. Təlim iştirakçılarına sertifikatlar verilib.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR