“Naxçıvan” Universitetində təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq dissertasiya mövzularına dair tədqiqatların aparılmasının və dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyindən danışıb.
Sonra universitetin doktorant və dissertantları 2019-cu il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onların fərdi planlarında nəzərdə tutulmuş işləri, konfranslarda iştirakları, nəşr olunan yazıları müzakirə edilib.
Sonda attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib. Mövcud tələbləri yerinə yetirən doktorant və dissertantlar növbəti təhsil ilinə buraxılıblar.
Qeyd edək ki, “Naxçıvan” Universitetində 11 ixtisas üzrə 6 doktorant, 17 dissertant təhsil alır ki, bunlardan bir nəfər doktorant xarici ölkə vətəndaşıdır.
Seyfur HACIMURADOV