22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri ­arasında keçirilən məktəblilərin dram müsabiqəsinin növbəti mərhələsi Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin şagirdləri və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında ­keçirilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə nitqin inkişafına, özünəinamın formalaşmasına, onların səhnə əsərlərinin canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə, ədəbiyyata olan maraqlarının artmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaratmaqdır. İstedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayan müsabiqənin şəhər (rayon) mərhələsi 16-28 dekabr tarixləri arasında ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Dekabrın 27-də olan müsabiqədə isə Nazirliyə birbaşa tabe 5 məktəbdən 42 şagird, məktəbdənkənar 4 tərbiyə müəssisəsindən isə 25 dərnək üzvü iştirak edib. Dram kollektivləri tamaşaya uyğun səhnə tərtibatı, əsərdəki dövrlə səsləşən geyim və aksesuardan istifadə edərək 5-15 dəqiqə ərzində seçdikləri parça, dialoq və kompozisiyaları canlı ifa etməklə müraciət olunan dram nümunələrinin mahiyyətini və ideyasını açmağa çalışıblar.
Müsabiqədə birinci yerlərin qalibləri fevral ayı keçiriləcək muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR