22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilinin birinci yarısında müxtəlif səviyyəli yarışlarda fərqlənən tələbələr ­mükafatlandırılıb.
Tədbirdə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev çıxış edərək tələbələrin idman birinciliklərində, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışlarında, ümumiyyətlə, universitetin ictimai işlərində fəallıq göstərmələrini təqdirəlayiq hal kimi qiymətləndirib.

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Məmmədəli Rəhimov universitetin idman həyatında qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, Bədən tərbiyəsi və idman ixtisası üzrə III kurs tələbəsi Sərcan Məmmədov və həmin ixtisas üzrə I kursda təhsil alan Aslan İsmayılov Makedoniyada keçirilən XI Avropa Şotokan karate çempionatında çıxış edərək III yeri qazanıblar.
Muxtar respublika birinciliyində yüngül atletika üzrə 200 metr məsafədə qaçışda Gülayə Cəfərova, 400 metr məsafədə qaçışda isə Xatın Orucova qalib olublar. Boks üzrə yarışda Kamran Allahverdiyev, Nizami Novruzov, Bursay İbrahimov I yerə layiq görülüblər. Badminton idman növü üzrə komandamız I yeri, badmintonçu Səba Şirzad isə bu idman növü üzrə qalib adını qazanıb. Oğlanlar arasında keçirilən stolüstü tennis yarışlarında ilk 3 yeri universitetin idmançıları tutublar.
Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova vurğulayıb ki, semestrin ən böyük uğuru Naxçıvan Dövlət Universiteti Tələbə­-Gənclər Təşkilatının muxtar respublika üzrə seçilməsi olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Muxtar respublikada ən yaxşı Tələbə-Gənc­lər Təşkilatı” layihəsində qalib adını qazanan “İnam işığı” adlı film nümayiş olunub.
Sonra qaliblər mükafatlandırılıblar.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR