22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar ­Nazirliyində  Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasının IV kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək bildirib ki, əsas məqsədimiz gələcəkdə informasiya­-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr gələcəkdə işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.

Diqqətə çatdırılıb ki, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan səkkiz tələbəyə 2019-2020-ci tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqə keçirilib və seçilən 7 tələbə həmin şirkətin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib.
Həmçinin “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində 3-cü ildir ki, təhsil müəssisələri ilə razılaşdırılmış qrafikə uyğun olaraq “Huawei”nin peşəkar mütəxəssisləri tərəfindən hamiliyə götürülmüş ixtisasların tələbələri üçün mühazirələr oxunur.
Qeyd edilib ki, mayın 8-də nazirliyin mütəxəssislərinin fəal iştirakı ilə “Naxçıvan” Universitetində “İdeyadan Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib. Naxçıvan şəhəri üzrə ilk üç yerə layiq görülən komandalar ölkə paytaxtında keçirilən milli finalda iştirak ediblər.
Görüşdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, nazirliyin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Sahil Quliyev, nazirliyin Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsinin məsləhətçisi Rəfiqə Əmirova, tələbələrdən Aytən Seyidova və Musa Məhərrəmov çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR