Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın 9-11-ci sinif şagirdləri arasında keçirilən “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku” yarışının final mərhələsi Naxçıvan şəhərindəki Gənclər Mərkəzində baş tutub.
Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildirib ki, “Muxtariyyət kuboku” yarışının artıq 4 aydır ki, muxtar respublika məktəbliləri arasında seçmə mərhələləri keçirilib. Bu gün isə seçilmiş Naxçıvan şəhər və muxtar respublika rayonlarının fərqlənən komandaları final mərhələsində mübarizə aparırlar.
Sonra final oyununun qaydaları izah edilib və oyuna start verilib.
İştirakçılar komanda şəklində hər bir test sualını 2 dəqiqə ərzində müzakirə edib, cavab yazılı formada aparıcıya təqdim olunub.
Oyunun gedişində Naxçıvan şəhər və Babək rayon komandaları arasında “Böyük final” oynanılıb.
Sonda “Muxtariyyət kuboku” uğrunda keçirilən intellektual yarışın qalibi olan Ordubad rayonunun “Tarix” komandasının üzvləri Gənclər Fondunun kubok, medal, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
II və III yerlərə layiq görülən Şahbuz rayonunun “Zoologiya” və Naxçıvan şəhərinin “İnformatika” komandalarının üzvləri də fondun diplomu ilə təltif ediliblər.
Xəbərlər şöbəsi