Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş intellektual oyunlar üzrə çoxnövçülük turniri başa çatıb.
Qeyd edək ki, turnir bu sahədə indiyədək keçirilmiş ən genişmiqyaslı tədbirlərdən biridir. Yarışda ilk dəfə olaraq 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak edib. Turnirin yekun mərhələsi olan “Xəmsə” intellektual oyununun nəticələrinə görə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi birinci, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ikinci, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi isə üçüncü yerləri tutublar.
Qalib komandalara kubok, medal, diplom və fəxri fərmanlar təqdim olunub, onlara “Saat Meydanı” turistik istirahət mərkəzində yemək kuponları hədiyyə edilib.
Xəbərlər şöbəsi