22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən “Sabahın tədqiqatçıları” layihəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edib, muxtar respublikada səmərəli fəaliyyət üçün yaradılan imkanlar və elmi-tədqiqat institutları barədə məlumat verib, bu layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov layihə çərçivəsində görüləcək işlərdən danışıb. Bildirilib ki, layihənin əsas məqsədi ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların intellektual potensiallarının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir.
Nazir qeyd edib ki, layihənin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilib. Layihədə iştirak edəcək 50 şagird 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru Tofiq Əliyev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı Günel Məmmədova müxtəlif mövzularda çıxışlar edib, layihənin tətbiqi ilə bağlı fikir­lərini bildiriblər.
Təqdimatda şagirdlərə bölmənin “Xəbərlər” və digər jurnalları hədiyyə edilib. Həmçinin iştirakçılar və layihədə iştirak edəcək şagirdlər tədqiqat aparılacaq laboratoriyalarla tanış olub, bölmənin alimləri ilə elmi himayəyə götürülən şagirdlərin ilk məşğələsi də keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR