25 Dekabr 2024, Çərşənbə

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Xaraba Gilan” arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidən aldığımız məlumata görə, ekspedisiya üzvləri Ordubad rayonu ərazisində yerləşən arxeoloji abidələrdə – Plovdağ yaşayış yerində, Plovdağ nekropolunda, Dəlmə qalasında və Rəsul dərəsində qazıntı işlərini davam etdirirlər.
Qeyd edək ki, Ordubad rayonu ərazisində, Sabirkənddən 2 kilometr şərqdə, Gilançayın sol sahilində yerləşən Plovdağ ərazisində 1975-1976-cı illərdə aparılan ilkin tədqiqatlar zamanı bu yaşayış yerinin tarixi Son Tunc və İlk Dəmir dövrlərinə aid edilirdisə, sonrakı tədqiqatlar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri əsasında ərazidə məskunlaşmanın hələ İlk Tunc və daha qədim dövrlərdən başlandığını söyləmək mümkündür. Ərazidə uzun illər tədqiqat aparmış “Xaraba Gilan” arxeoloji ekspedisiyası 2004-cü ildən başlayaraq fəaliyyətini daha da genişləndirib.
Dəlmə qalasında aparılan qazıntı işləri zamanı əldə edilən materialların hamısının qadınlara məxsus olduğu müəyyənləşdirilib. Bu isə belə elmi nəticəyə gəlməyə əsas verir ki, ərəb qoşunlarının hücumu zamanı qadınların təhlükəsizliyini qorumaq üçün Kiran şəhərinin hakim təbəqəsi onları burada yerləşdirib.
Xaraba Gilandan 4 kilometr aralı məsafədə yerləşən bu qalada, həmçinin orta əsr Aza şəhərinin qəbiristanlığında, Rəsul dərəsində, Plovdağ nekropolunda arxeoloji qazıntılar davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR