“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr icra edilməkdədir. Bu çərçivədə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi İcra və Probasiya, Naxçıvan Şəhər Qeydiyyat şöbələrində, Naxçıvan şəhər 3 saylı notariat ofisində olublar. Tələbələrə həmin qurumların iş prinsipi və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Xəbərlər şöbəsi