22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisasının tələbələri üçün praktik məşğələ keçirilib.

Naxçıvan Şəhər Gömrük İdarəsində təşkil olunan tədbirdə komitənin İnnovasiya Mərkəzinin ekspert şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli çıxış edərək Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrindən, iqtisadi sahədə startap layihələrinin reallaşdırılması və muxtar respublikamızda ilk “Könüllü gömrükçü” dəstəsinin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov çıxışında qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gömrük prosedurlarının sadələşdirilməsinə və ticarətin asanlaşdırılmasına gətirib çıxarıb. Vurğulanıb ki, gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi uğurlu innovativ layihədir.
Qeyd olunub ki, “Elektron hökumət” portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artır. Bununla belə, gömrük sistemində yeni texnoloji innovasiya layihələrinin tətbiqi üçün geniş imkanlar və böyük potensial vardır.
Tədbirdə “Startap Naxçıvan” portalı barədə məlumat verilib və tələbələr Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” adlı filmə baxıblar.
Sonra komitənin əməkdaşı, gömrük xidməti mayoru Akif Əzizov gömrük nəzarətinin səmərəliliyinin artırılması üçün gömrük orqanlarında istifadə edilən texniki nəzarət vasitələri, o cümlədən rentgen nəzarət qurğuları ilə bağlı ümumi məlumat verib. Tələbələr texniki nəzarət vasitələrindən istifadə edib, yüklərin gömrük nəzarətindən keçirilməsi prosesini izləyiblər. Onlar Naxçıvan Şəhər Gömrük İdarəsinin rəsmiləşdirmə zalında gömrük təmsilçiliyinin fəaliyyəti, malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və rəsmiləşdirilməsi prosesi ilə də tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR