23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada təhsil davamlı və müasir tələblər səviyyəsində inkişaf etdirilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müasir tədris şəraitinin yaradılması tədrisin keyfiyyətini yüksəltmişdir.
“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq may ayında ali təhsil müəssisələrinin professor və müəllim heyətləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə dərsliklərin müzakirəsi həyata keçirilmiş, dərsliklərdəki çatışmazlıqlarla bağlı təkliflər hazırlanmışdır.

İxtisaslı müəllim kadrlarının hazırlanmasına dəstək olunması və ümumtəhsil müəssisələrinin innovativ düşüncəli müəllimlərlə təminatını yaxşılaşdırmaq məqsədilə “Sabahın müəllimi” layihəsinin təqdimatı keçirilmişdir. Layihə çərçivəsində pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkilində, dərslik və metodik vəsaitlərin müzakirəsində iştirakının təmin olunması, məzunların işə qəbul qaydaları ilə tanış edilməsi, onların işlə təmin edilmələrinə dəstək olunması nəzərdə tutulmuşdur. “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələrə dair konfrans-müsabiqə keçirilmişdir.
May ayında 110 şagirdin iştirakı ilə 7 fənn üzrə məktəblilərin Respublika Fənn Olimpiadasının final mərhələsi keçirilmişdir. Final mərəhələsində 25 şagird qalib olmuşdur. Bununla yanaşı, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə muxtar respublika ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında Rus dili və ədəbiyyatı fənni üzrə XI respublika olimpiadası keçirilmişdir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi yaz qəbul imtahanlarında 2159 abituriyent iştirak etmişdir. Eyni zamanda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə və Naxçıvan Qızlar Liseyinə qəbul imtahanları olmuşdur. İmtahanların nəticələrinə uyğun olaraq liseylərin hər birinə ən yüksək nəticə əldə etmiş 60 şagird qəbul edilmişdir.
İnteraktiv və nümunəvi dərslərin keçilməsi diqqətdə saxlanılmış, ümumtəhsil məktəblərində 3 interaktiv və 172 saat nümunəvi dərs tədris olunmuşdur. May ayında peşə təhsili müəssisələrini 12 qrup üzrə 277 müdavim başa vuraraq müvafiq təhsil sənədi almışdır. Məktəbdənkənar tərbiyə müəssisələrində şeir müsabiqəsi, açıq dərnək məşğələsi, rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirilmiş, eyni zamanda dərnək üzvlərinin tarixi və mədəni abidələrlə yaxından tanış edilməsi məqsədilə muxtar respublikanın tarixi abidə və muzeylərinə ekskursiyalar təşkil olunmuşdur. Uşaq-gənclər idman və şahmat məktəblərində 9 idman növü üzrə 17 tədbir və 14 şahmat yarışı keçirilmişdir. Peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, şagirdləri peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət vermək məqsədilə mayın 30-da Naxçıvan Şəhər Peşə Liseyində IX və XI sinif şagirdləri üçün “Açıq qapı” günü təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR