23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb, məzunlara uğurlar arzu edib.
Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov çıxışında vurğulayıb ki, fakültənin yaranmasının 20-ci ildönümü ərəfəsində keçirilən məzun günü həm də ona görə əlamətdardır ki, bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Tibb fakültəsi üçün müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni bina istifadəyə verilib.
Bildirilib ki, 474 tələbənin təhsil aldığı fakültədən bu il 74 nəfər məzun olur. Bunlardan 21 nəfəri əcnəbi tələbədir. Ümumilikdə, fakültədə 122 xarici ölkə vətəndaşı təhsil alır. Bu, universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulduğunu bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva gələcəyin həkim kadrlarının yetişməsində universitetin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən dövlət qayğısından danışıb, məzunları təbrik edib.

Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik, Tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Akademik gələcəyin həkimlərinə tövsiyələrini də çatdırıb.
Tələbələrin ürək sözləri dinlənilib, videoslayd nümayiş olunub.
Sonra fakültənin məzunları həkim andını qəbul ediblər.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR