Dövlət İmtahan Mərkəzi iyunun 23-də 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan keçirildiyi bütün bölgələrdə eyni vaxtda – saat 1100-da başlayıb və 3 saat davam edib. Abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə I qrupda riyaziyyat, fizika və kimya, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə, hər fənn üzrə 30 test tapşırığı, ümumilikdə, 90 tapşırıq təqdim olunub. Bu imtahanda abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür.
Məlumat üçün bildirək ki, imtahanda 24 min 28 abituriyent iştirak edib. Onlardan 19 min 878 abituriyent I qrup üzrə, 4150 abituriyent isə IV qrup üzrə imtahan verib.
İmtahandan dərhal sonra – saat 1600-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım edilib və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.
Naxçıvan Muxtar Respublikasında imtahan 14 nömrəli tam orta məktəbdə keçirilib. 599 abituriyentin iştirak etdiyi imtahanın idarə olunması üçün 58 nəzarətçi və 5 imtahan rəhbəri cəlb edilib.
İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Güntac ŞAHMƏMMƏDLİ